Minlərlə istanbullu aeroporta axışdı - FOTO

Minlərlə istanbullu aeroporta axışdı  - FOTO<span class="qirmizi"></span>

Türkiyədə baş verən zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, minlərlə insan könüllü şəkildə zəlzələ bölgəsində köməksiz vəziyyətdə qalanlara yardıma getmək üçün İstanbul hava limanına axışıb.

Aeroportda böyük izdiham yaranıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb. Həmçinin 5775 bina dağılıb.

Tunar Altunbay

Mənbə: redaktor.az