Türkmənistandan humanitar yardım aparan təyyarə Türkiyəyə yola düşüb

Türkmənistandan humanitar yardım aparan təyyarə Türkiyəyə yola düşüb<span class="qirmizi"></span>

Türkmənistandan Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərər çəkmiş bölgələrə xilasetmə qrupu və humanitar yardım aparan təyyarə yola düşüb.
Sonxeber.az xəbər verir ki, Türkiyənin Aşqabaddakı səfiri Toqan Oral Twitter hesabında açıqlama verib.
"Bu səhər Türkmənistanın Aşqabaddan Türkmənistan Nazirlər Şurasının Təhsil, İdmandan məsul sədr müavini Nurməhəmməd Amaneperovu xilasetmə qrupu və ləvazimat daşıyan təyyarəsi ilə yola saldıq" ,- deyə səfir qeyd edib.

Səfirlik rəsmilərinin əldə etdiyi məlumata görə yardım təyyarəsində 10 nəfərlik həkim briqadası və tibbi ləvazimatlar var.

Şəbnəm Lətifi

 

 

 

 

 

Mənbə: sonxeber.az