Kuril adaları ərazisində zəlzələ baş verdi

Kuril adaları ərazisində 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə fevralın 7-də Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Qurumun məlumatına görə, seysmik hadisə Saxalin vaxtı ilə saat 17:45-də Şimali Kurilskdən 189 km aralıda qeydə alınıb. Zəlzələnin episentri 42 km dərinlikdə yerləşib.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Allahverən İsmayılov: "İrandakı terror aktı ilə bağlı kiberhücumlara qarşı ciddi tədbirlər görülməlidir"

SONRAKI XƏBƏR

Paytaxtdakı binalar zəlzələyə nə qədər davamlıdır?