İsrail ordusu fələstinli uşağı öldürüb

İsrail ordusu fələstinli uşağı öldürüb<span class="qirmizi"></span>

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinə etdiyi hücumda bir fələstinli uşaq öldürülüb.

Sonxeber.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə İsrail qüvvələri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərinə basqın edib.Basqın zamanı 17 yaşlı fələstinli Həmzə əl-Aşkar İsrail əsgərləri tərəfindən başından vurularaq öldürülüb.

İsrail ordusundan verilən açıqlamada səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif nöqtələrinə basqınların təşkil edildiyi bildirilib.

Bəzi fələstinlilərin İsrail qüvvələrinə daş və molotof kokteyli atdığı qeyd edilib.

İsrail ordusu və yəhudi köçkünlərin açdığı atəş nəticəsində 2023-cü ilin əvvəlindən biri qadın, 9-u uşaq olmaqla 42 fələstinli ölüb.

Şəbnəm Lətifi

Mənbə: sonxeber.az