Türkiyədə daha bir fəlakət - Bu liman yanır

Türkiyənin cənubundakı İskenderun limanında fevralın 6-dan etibarən anbarda başlayan böyük yanğın davam edir, yanğın bir neçə yüz konteyneri bürüyüb.

Publika.az xəbər verir ki, yanğının ərazisi getdikcə artmaqda davam edir.

Limanda yüzlərlə konteyner var. Anbarın mərkəzindən qara tüstü buludları səmaya qalxır, vaxtaşırı partlayış səsləri eşidilir.

Bu vəziyyətdə yanğın sahəsi bir neçə yüz kvadrat metrə çata bilər. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

İsrail ordusu fələstinli uşağı öldürüb

SONRAKI XƏBƏR

Şahın atasının türbəsi məhv olur - FOTO