İran Xoya deyil, Suriyaya yardım göndərir - VİDEO

Xoyda baş verən zəlzələ nəticəsində evlərini itirən soydaşlarımıza heç bir köməklik etməyən İran rejimi Suriyanın paytaxtı Dəməşqə humanitar yardım təyyarəsi göndərib.

Axar.az xəbər verir ki, bununla bağlı “Azad İran” Teleqram kanalı görüntü paylaşıb.

Qeyd edək ki, 28-29 yanvarda Xoyda 6,5 və 4,5 bal gücündə zəlzələ baş verib, nəticədə minlərlə ev dağılıb, 3 nəfər ölüb, 1200-ə yaxın insan yaralanıb. İran rejimi isə zərərçəkənlərin ehtiyacını qarşılamaq yerinə, laqeydlikdən şikayət edən vətəndaşları polis qüvvələri ilə zorla dağıdıb.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısına dəyişiklik edilib

SONRAKI XƏBƏR

Azərbaycanlı həkimlər Adanada zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcək