Zəlzələ nəticəsində dağıntılar altında qalan 8 idmançı xilas edildi

Zəlzələ nəticəsində dağıntılar altında qalan 8 idmançı xilas edildi<span class="qirmizi"></span>

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ nəticəsində Türkiyə Güləş Federasiyasının idmançıları da dağıntılar altında qalıb.

Sonxeber.az xəbər verir ki, 10 vilayətə təsir edən zəlzələ nəticəsində ümumi 8 idmançı xilas edilib.

Türkiyənin Hatay, Qaziantep, Adana, Osmaniya, Diyarbəkir, Malatya və Şanlıurfada hiss olunan zəlzələlər zamanı Kahramanmaraş bələdiyyəsinin idmançıları dağıntılar altında qaldıqları bildirilib.

Milli güləşçi Taha Akgül sosial media hesabında bu barədə paylaşım edib.

Qeyd edək ki, axtarış və xilasetmə işləri davam etdirilir.

 

 

 

 

 

Mənbə: sonxeber.az