Futbol məşqçisinin 15 qohumu zəlzələdə həlak oldu

Türkiyənin “Sivasspor” futbol klubu baş məşqçinin köməkçisi Ayxan Tenbeloğluna 15 qohumunun ölümü ilə əlaqədar başsağlığı verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdə məşqçinin qohumları və ailə üzvlərindən 15 nəfər həlak olub.

Komandanın baş məşqçisi Rza Çalımbay bildirib ki, Ayxan Tenbeloğlunun qohumları Hatayda eyni binada yaşayırdılar və həmin bina zəlzələ nəticəsində çöküb.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədəki zəlzələdə Rusiya vətəndaşı ölüb

SONRAKI XƏBƏR

Saxalində 5,3 bal gücündə zəlzələ olub