Arvadını atasının qəbri üstünə aparıb orada güllələdi - Bakıdakı qətlin təfərrüatı

Arvadını atasının qəbri üstünə aparıb orada güllələdi - Bakıdakı qətlin təfərrüatı<span class="qirmizi"></span>

Suraxanı rayonunda arvadını odlu silaha qətlə yetirməkdə təqsirli bilinən Rövşən Mehdiyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, Rövşən Mehdiyev Suraxanı rayonunun Günəşli qəsəbəsindəki qəbiristanlıqda həyat yoldaşı Cəmilə Mehdiyevaya ov tüfəngindən atəş açaraq onu öldürüb.

Hadisədən sonra Rövşən Mehdiyev “102” xidmətinə zəng vuraraq törətdiyi əməl barəsində məlumat verib. Hadisə yerinə Suraxanı polisi gəlib. Rövşən könüllü polisə təslim olduqdan sonra cinayətdə istifadə etdiyi silahı da təhvil verib.

İş üzrə dindirrilmiş Rövşən Mehtiyev ifadəsində bildirib ki, hadisədən təxminən 5-6 ay əvvəl yoldaşının ona qarşı münasibətinin dəyişdiyini hiss edib. Digər şəxslərlə telefon vasitəsi ilə danışmasından şübhələndiyindən yoldaşının zənglərinin siyahısını çıxarıb və orada daimi əlaqədə olan iki nömrədən şübhələnib. Həmin siyahını yoldaşının atasına göstərəndə sonuncu qızına heçnə eləməməsini yalnız boşamasını deyib. Siyahını Cəmiləyə göstərdikdə yoldaşı etiraf edib ki, Samir adlı şəxslə 3 ildir ki, internet vasitəsi ilə tanış olub. Digər Musa adlı şəxsi isə 7-8 ay əvvəl tanıyıb və hər ikisi ilə münasibəti var. Arvadı həmçinin ona Musa ilə kəbin kəsdirdiyini də söyləyib.

Bundan sonra Rövşən Mehdiyev yoldaşının atasını və anasını evlərinə dəvət edib. Cəmilə ona dediklərini valideynlərinə də danışıb.

Hadisə baş verən günü o, səhər saatlarında evdən çıxıb Şüvəlan qəsəbəsinə dəniz kənarına gedib. Orada gəzişərkən sahildə əski parçasına bükülmüş əşya görüb. Parçanı açarkən içindən ov tüfəngi çıxıb və o, silahı götürərək avtomobilinə qoyub.

Saat 16:00 radələrində uşaqlarını parka gəzməyə aparıb. 3-4 saatdan sonra geriyə evə qayıdıblar. Uşaqlar evə qalxarkən Rövşən analarını aşağı çağırmalarını xahiş edib. Təxminən 5-10 dəqiqədən sonra Cəmilə evdən çıxıb maşına əyləşib. Mehdiyev arvadına atasının qəbri üstünə gedəcəklərini deyib. Cəmilə buna etiraz etməyib.

Axşam saat 20:30-da Qaraçuxur qəsəbəsində yerləşən qəbiristanlığa çatıblar. O, maşının yük yerində olan silahıda özü ilə götürüb.

Qəbrin yanına çatanda Rövşən Cəmilədən hərəkətlərinin səbəbini soruşub. Arvadı isə kobud şəkildə yaxşı elədiyini istədiyi kimi öz həyatını yaşayacağını bildirib.

Yoldaşının cavabı ona pis təsir etdiyinə görə Mehdiyev silahı Cəmiləyə tərəf tutub və atəş açıb. Özünə gəldikdə artıq qadının yaralı halda yerə yıxılaraq xırıldadığını görüb. O, kömək məqsədi ilə mobil telefonu ilə "103" xidmətinə zəng edərək təcili yardım çağırıb. Həmçinin "102" qaynar xəttinə zəng vurmaqla hadisə barədə məlumat verib.

Rövşən Mehdiyev ifadəsinin davamında bildirib ki, təxminən yarım saatdan sonra polis əməkdaşları hadisə yerinə gəliblər və o, təslim olaraq silahı onlara təqdim edib.

Zərərçəkən Vaqif Quliyev bildirib ki, kürəkəni qızını çox qısqanıb qapalı saxlayıb evdən çıxmağa icazə verməyib. Hadisə baş verən günü kürəkəninin anası zəng edərək Rövşənin Cəmiləni qəbristanlıqda öldürdüyünü deyib. Dərhal sonra o, həyat yoldaşı Elmira ilə hadisə yerinə gedərək qızlarını yaralı vəziyyətdə görüblər.

Məhkəmə prosesində Rövşən Mehdiyev ittiham üzrə özünü qismən təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum olunub.

Mənbə: olke.az