Saxalində 5,3 bal gücündə zəlzələ olub

Saxalində 5,3 bal gücündə zəlzələ olub<span class="qirmizi"></span>

Rusiyanın Saxalin vilayəti ərazisində, Kuril adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, seysmoloqlar yerli vaxtla saat 17:45-də Sakit okeanda, Kuril adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ qeydə alıblar.

Yeraltı təkanların episentri 78 kilometr dərinlikdə olub. Dağıntı və tələfat yoxdur.

Mənbə: azertag.az