Sərxoş qızların davası ölümlə BİTDİ: qaynar qazanda yandı

Sərxoş qızların davası ölümlə BİTDİ: qaynar qazanda yandı<span class="qirmizi"></span>

Rusiyanın Tuva Respublikasında qadın faciəvi şəkildə ölüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, ölkənin İstintaq Komitəsinin rəsmi saytında Kızıl şəhərinin sərxoş sakininin qaynar bulyonla yandırılaraq öldürüldüyü qeyd olunub.

Məlumata görə, hadisə ötən il noyabrın 25-də baş verib. Rusiyalı qadın rəfiqəsi ilə spirtli içki qəbul edib. Naməlum səbəbdən qadınlar arasında mübahisə yaranıb. Bu zaman onlardan biri digərini sobaya doğru itələyib. Sobaya doğru yıxılan qadın qaynayan bulyon qabını öz üzərinə aşıb.

Nəticədə üzünün, gövdəsinin, qollarının və ayaqlarının termiki yanıqları ilə xəstəxanaya yerləşdirilən zərərçəkmişi xilas etmək mümkün olmayıb.

Tuva İstintaq Komitəsi şübhəli şəxsə qarşı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb. Hadisənin baş vermə şəraiti müəyyən edilir.

Mənbə: lent.az