Burkina Fasoda Seneqala gedən 15 nəfər nigeriyalı öldürülüb

Burkina Fasoda Seneqala gedən 15 nəfər nigeriyalı öldürülüb<span class="qirmizi"></span>

Seneqalda dini qruplardan birinin proqramına qatılmaq üçün yola çıxan Nigeriyalı qrupdan 15 nəfər Burkina Fasoda baş verən hücumda ölüb.
Sonxeber.az xəbər verir ki, Seneqalın Koalak bölgəsində Şeyx İbrahim Niass təriqətinin proqramına qatılmaq üçün yola çıxan bir qrup nigeriyalı Burkina Fasoda hücuma məruz qalıb.

Hücumda 15 nigeriyalı həlak olub, qruplaşmanı daşıyan avtobus yandırılıb.

Nigeriya Prezidentliyindən verilən açıqlamada prezident Məhəmməd Buharinin qətllə bağlı faciəvi xəbəri aldığı bildirilib.

Açıqlamada Nigeriya və Burkina Faso hökumətlərinin əməkdaşlıq etdiyi, ölənlərin və hücumdan sağ çıxanların cəsədlərinin qorunması üçün hər cür səy göstəriləcəyi bildirilib.

Qonşu Malinin Əl-Qaidə və İŞİD-ə bağlı terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində tez-tez hücumlar təşkil edir.

Şəbnəm Lətifi

 

 

 

 

 

Mənbə: sonxeber.az