Deputat və ailə üzvləri zəlzələdə həlak oldu - YENİLƏNİB / FOTO

Zəlzələdə deputat Yaqub Taşla yanaşı ailə üzvləri və qohumlarından ibarət 20 nəfər də həyatını itirib.

Bu barədə DHA məlumat yayıb.

Qeyd edilib ki, millət vəkilinin ailə üzvləri və qohumlarından 20 nəfər, o cümlədən, həyat yoldaşı, qardaşları və nəvələri zəlzələdə həyatlarını itirib.

***

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Yakup Taş fevralın 6-da Adıyaman şəhərində baş vermiş zəlzələ nəticəsinə həlak olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun meyiti dağıntılar altından çıxarılıb.

Məlumata görə, Y.Taş Türkiyə Böyük Millət Məclisində (TBMM) Adıyaman şəhərini təmsil edirdi.

 

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Türkiyəyə yardıma tələsən ölkələr - Qardaş ölkəyə kömək edən dövlətlərin TAM SİYAHISI - VİDEO

SONRAKI XƏBƏR

Latviyada dron zavodu YANDI