200 kilo arıqladı, hələ də kökdür - FOTO-VİDEO

200 kilo arıqladı, hələ də kökdür - FOTO-VİDEO<span class="qirmizi"></span>

"300 kq çəkim var" verilişinə qatılaraq 200 kilo arıqlayan amerikalı Ember Raçdi hələ də halından tam razı deyil.

BİG.AZ xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkə fenomeninə çevrilən 32 yaşlı qadın verilişlə imzaladığı müqaviləyə görə hazırkı çəkisini açıqlamır, lakin onu görənlər heyrətlərini gizlədə bilmirlər.

"İnstagram"da 262 min izləyicisi olan Ember səhifəsində bu sözləri qeyd edib:

"Mən DƏHŞƏT kök idim. İndi isə normal kökəm" ("I was REAL fat. Now I’m just normal-fat")

Belə ki, uşaqlıqdan artıq kilolardan əziyyət çəkən Raçdinin çəkisi 24 yaşında 301 kiloqrama çatıb. O, bir oturumda 5 nəfərin yeməyini yeyə bilərdi.

Ayaqları həddən artıq kök olduğu üçün artıq hərəkət etməkdə, çimməkdə çətinlik çəkən, evdən bayıra çıxmayan Ember verilişə müraciət etmək qərarına gəlib.

Həkim belə həyat tərziylə onun 30 yaşına çatmayacağını ehtimal edib. Bunu eşidən Ember qida rasionunu dəyişib və müəyyən çəkiyə çatdıqdan sonra mədəkiçiltmə əməliyyatı etdirib. Daha az və sağlam qidalanma, eləcə də mütəmadi məşqlər sayəsində o, iki ilə 200 kq çəki itirib.

Emberdəki əzmi görən həkimlər sallaq dərini də götürmək üçün onu pulsuz əməliyyat ediblər.

Hazırda Raçdi, bütün səylərə baxmayaraq, "incə qız" olmasa da, bununla barışdığını etiraf edib.

Natəvan Baxşiyeva

 

 

 

 

 

Mənbə: big.az