7 il öncə hər iki qolu transplantasiya olunan kişi dağıntılar altında qalaraq öldü - FOTO

Türkiyədə 7 il öncə hər iki qolu transplantasiya edilən Mustafa Sağır zəlzələdən sonra dağıntılar altında qalaraq ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə onu əməliyyat edən həkim Akdeniz Universitetinin rektoru Prof. Dr. Özlenen Özkan məlumat yayıb.

O bildirib ki, Sağır hər iki qolu köçürülən sayca dörd Türkiyə vətəndaşından biri idi.

Qeyd edək ki, Adıyamanda yaşayan Mustafa Sağır 15 il əvvəl tarlada tapdığı ammonium sulfat və ammonium nitrat qarışığının partlaması nəticəsində hər iki qolunu itirmişdi.

Ona 7 Fevral 2016-cı ildə yol qəzası sonrası beyin ölümü keçirərək dünyasını dəyişən Emin Konarın qolları köçürülmüşdü.

BAKU.WS

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Hatayda dəniz səviyyəsi yüksəldi

SONRAKI XƏBƏR

Dünya ulduzları Türkiyədən yazdı