Türkiyədə zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin sayı AÇIQLANDI

“Zəlzələ nəticəsində daha çox dağıntıya məruz qalan bölgələrdə təhsil alan tələbələrin sayı çoxdur”.

Xeberoxu.Az xəbər verir ki,Bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

O bildirib ki, zəlzələnin təsirinə az məruz qalan iki vilayət – Mersin və Elazığda təhsil alan tələbələrimiz var:

“Amma orada da bizim tələbələrimiz çoxdr. Təxminən 700-800 tələbəmiz də həmin vilayətlərdədir. Amma onlardan da getmək istəyən olsa, təxliyə olunacaq. Zəlzələ baş verən bölgədə olan tələbələr - Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Antepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada 136 azərbaycanlı tələbə təhsil alır. Onların hamısı ilə əlaqə saxlanılmağa çalışılır. Yaradılmış Operativ qərargahlarımıza daxil olan bütün müraciətlər araşdırılır”.

Xeberoxu.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyalı qapıçının "Qarabağ"a keçə bilməməsinin səbəbi açıqlanıb

SONRAKI XƏBƏR

Rusiya vətəndaşı Türkiyədəki zəlzələdə həlak oldu