Rusiyanın Tula vilayətinin Yefremov şəhərində binanın girişin bir hissəsi uçub.
Publika.az-ın məlumatına görə, dağıntının ilkin səbəbi qaz partlayışıdır.
“Yefremov şəhərində beşmərtəbəli yaşayış binasında, ilkin məlumatlara görə, qaz partlaması nəticəsində giriş uçub. Dağıntılar altında insanlar ola bilər”, - deyə fövqəladə hallar xidmətindən bildirilib.
TASS xəbər verir ki, partlayış evin birinci girişini dağıdıb. “İnterfaks”ın məlumatına görə, partlayış nəticəsində 5 nəfər ölüb.