Hərbi komissarlara qarşı çağırış edən rusiyalı saxlanılıb

Rusiyanın Kaluqa vilayətində sakinləri terror aktlarına və hərbi komissarlara qarşı zorakılığa çağırış edən yerli sakinə qarşı cinayət işi açılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri regional Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti yayıb.

İstintaqın məlumatına görə, Kaluqa vilayətinin Kirov şəhər sakini Telegram-da “terrorçu və ekstremist fəaliyyətə çağıran materiallar yerləşdirib... terror aktlarına, habelə səfərbərlik kampaniyası aparmaq səlahiyyəti olan şəxslərə qarşı zorakılığın təşkilinə çağırış edib”.

Faktla bağlı terror və ekstremist fəaliyyətə açıq çağırış maddələri ilə cinayət işi başlanıb.

Ağasəf Babayev

Sia.az

ƏVVƏLKİ XƏBƏR

"Fənərbağça"nın əcnəbi futbolçusu: "Bir ailənin bütün xərcini öz üzərimı götürürəm" - FOTO

SONRAKI XƏBƏR

Zəlzələ baş verən Qaziantepdə son vəziyyət necədir? - VİDEO