Dünya mediası ondan yazır - Zəlzələdə ölən qızının əlini buraxmadı

 

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən və 10 vilayətdə dağıntılar yaradan zəlzələlər nəticəsində indiyədək 3549 nəfər ölüb. Beynəlxalq xəbər agentliyi AFP-nin Kahramanmaraşdan təqdim etdiyi görüntü isə dünya mediasında günün fotosuna çevrilib.

AFP bu fotoşəkili 'şəkildəki şəxs zəlzələ nəticəsində həyatını itirən 15 yaşlı qızının əlindən tutur' qeydi ilə təqdim edib. Türkiyə mediası isə vəfat edən qızın adının Irmak olduğunu yazıb.


Tural Tağıyev

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Süleyman Soylu Azərbaycana belə təşəkkür etdi - İlk gələn Azərbaycan oldu... - VİDEO

SONRAKI XƏBƏR

"Gent"i "Qarabağ"la Bakıdakı oyunda 40-dək azarkeş dəstəkləyəcək