ÜST-dən qorxulu zəlzələ proqnozu: Ölənlərin sayı 20 mini keçə bilər

ÜST-dən qorxulu zəlzələ proqnozu: Ölənlərin sayı 20 mini keçə bilər<span class="qirmizi"></span>

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas simalarından olan Ketrin Smolvudun açıqlaması böyük narahatlıq yaradıb.

Teleqraf.com xəbər verir ki, zəlzələlərdə ölənlərin sayının hələ 2600 olduğu bir vaxtda Smolvud ölənlərin sayının ilk açıqlanan rəqəmlərdən 8 dəfə çox ola biləcəyini deyib.

“Təəssüf ki, biz həmişə zəlzələlərdən sonra oxşar bir şey görürük. İlk açıqlamadan sonra ölənlərin sayı artır və yaralılar həyatını itirir. Ona görə də yaxın həftələrdə zəlzələ nəticəsində həyatını itirənlərin sayı arta bilər”, - o bildirib.

Smolvudun açıqlamalarını dəyərləndirən “The Guardian” qəzeti qeyd edib ki, ÜST-dən verilən bu açıqlamaya görə, ölənlərin sayı 20 mini keçə bilər.

Mənbə: teleqraf.com