Azərbaycan FHN-in xilasediciləri Türkiyənin zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib

Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ bölgəsində - Kahramanmaraşda axtarış əməliyyatları davam edir.

Lent.az-ın məlumatına görə, APA-nın zəlzələ bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, azərbaycanlı xilasedicilər dağıntılar altından 11 nəfəri çıxarıblar.

Eyni zamanda dağıntılar altından 20 nəfərin meyiti çıxarılıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Cahit Bağçı dəstəyə görə Azərbaycana təşəkkür etdi

SONRAKI XƏBƏR

“Nə qədər yuva dağıldı, nə qədər gözlər...” - Türkiyədəki zəlzələdən sarsılan MƏŞHURLAR