Suriyada 36 saatdan sonra dağıntılar altından bir ailə təmamilə sağ çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə sosial mediada xilasetmə əməliyyatının videogörüntüləri yayılıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
Fəlakət nəticəsində həlak olanların sayı 1 600- ü keçib.
Hüseyn İbadlı