Rusiyadan Türkiyəyə göndərilən xilasedicilərin ölkədə qalma müddəti məlum olub. AzVision.az xəbər verir ki, onlar ilkin planlara əsasən, Türkiyədəki zəlzələ bölgəsində 10 gün işləməyi planlaşdırırlar. Suriyada xilasetmə işlərinə başlayan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri üçün də ən azı eyni vaxt tələb oluna bilər. Amma "Centrospas" dəstəsinin axtarış-xilasetmə xidmətindən jurnalistlərə verilən məlumata görə, lazım gələrsə, iş müddətləri artırıla bilər.
Qeyd edək ki, Rusiya Türkiyəyə ümumilikdə 100 xilasedici göndərib. Onlar özləri ilə axtarış işləri və zərərçəkənlərin dağıntılar altından çıxarılması üçün zəruri olan təcili xilasetmə vasitələrini gətiriblər. Bundan əlavə, qırxdan çox həkim terapevtik və cərrahi avadanlıqlarla təchiz edilmiş aeromobil hospitalda yerləşdiriləcək. Suriyaya isə 50-dən çox rusiyalı xilasedici gəlib.
Tural Tağıyev