Bakıda yataqxanada 16 yaşlı gənc qətlə yetirilib

Bakıda yataqxanada 16 yaşlı gənc qətlə yetirilib<span class="qirmizi"></span>

Fevralın 8-də saat 3 radələrində Binəqədi rayonunda yerləşən yataqxanaların birində yaşayan 2007-ci təvəllüdlü Əliəkbər Mərəyevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbut xidmətindən "Report"a bildirilib ki, araşdırmalarla cinayət əməlini həmin yataqxanada qalan 2002-ci il təvəllüdlü Rəşad Muxtarov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən R.Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Mənbə: report.az