Şamaxıda ev yanıb

Şamaxıda ev yanıb<span class="qirmizi"></span>

 

Şamaxıda ev əşyaları ilə birgə yanıb.

AZƏRTAC xəbər verir ki, hadisə günorta saatlarında Şamaxı şəhərində, 48-ci məhəllədə yerləşən evdə qeydə alınıb. İlkin məlumatlara görə, yanğın rayon sakini Mahirə Cəbiyevaya məxsus 4 otaqlı evdə baş verib. Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şamaxı yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Qısa zamanda yanğın söndürülüb, alovun ətraf ərazilərə və evlərə keçməsinin qarşısı alınıb.

Hadisənin hansı səbəbdən baş verməsi aparılan araşdırmaların sonunda bəlli olacaq.

Mənbə: azertag.az