“Prius” sürücüsü qəfil manevr etdi, “BMW” restorana çırpıldı - VİDEO

“Prius” sürücüsü qəfil manevr etdi, “BMW” restorana çırpıldı -

Bakıda Yasamal rayonunda qəza baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb “Toyota Prius” markalı avtomobilin qəfil manevr etməsi olub.

Nəticədə “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək restorana çırpılıb.

İlkin məlumata görə xəsarət alan yoxdur.


Mənbə: bizim.media