Evlənən İcra başçısının keçmiş qayınatasının vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

Evlənən İcra başçısının keçmiş qayınatasının vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur. Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir.

Publika.az Yenisabah-a istinadla xəbər verir ki, toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb. Seymur Orucovun eks həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev nəvələrinin atasının ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib. Bu xəbərdən sonra onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib.

Sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir.

Mənbə: publika.az