İranda "Mossad"la əlaqəli olduğu iddia edilən daha bir nəfər edam olunub.
Bu barədə İranın dövlət televiziyası bildirib.
Edam edilən şəxs "Mossad' üçün əməliyyatlar həyata keçirməkdə ittiham edilib.
“2023-cü il yanvarın 28-də İsfahanda Müdafiə Nazirliyinin obyektində partlayış əməliyyatı təşkil etməkdə təqsirləndirilən "Mossad" kəşfiyyatçısı edam edilib”, - məlumatda qeyd edilib.
Mənbə: apa.az