Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu K.S 10.11.2009-cu il təvəllüdlü və hələ 14 yaşı tamam olmayan A.S.-ə qarşı seksual xarakterli hərəkətlər edib.
Hərbçi K.S 14 yaşlı A.S ilə İnstaqram vasitəsilə tanış olub, daha sonra ondan soyunub çılpaq görüntülərini çəkməsini tələb edib. A.S. özünü çılpaq şəkildə videoya çəkərək K.S-ə göndərib. Bundan sonra məsələ daha da böyüyüb.
Faktla bağlı K.S-ə qarşı azyaşlıya qarşı ədəbsiz hərəkətlər etmək ittihamı irəli sürülüb. Onun ordudan uzaqlaşdırılıb həbs ediləcəyi gözlənilir.
Qeyd edək ki, son vaxtlar Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkiləri, eləcə də xoşagəlməz hallarla bağlı həbslərin sayı artıb.
Mənbə: axar.az