Kənddə DƏHŞƏT YAŞANDI: meymun sürüsü yaşlı qadını...

Kənddə DƏHŞƏT YAŞANDI: meymun sürüsü yaşlı qadını...<span class="qirmizi"></span>

Hindistanın Telanqana ştatının Kamareddi şəhəri yaxınlığındakı kənddə meymun sürüsü yaşlı qadını öldürüb.

Publika.az xəbər verir ki, bu barədə “The Hindu” məlumat yayıb .

70 yaşlı Çataraboina Narsavva evdə kiçik qızı Suquna ilə yaşayıb. Qız toy üçün şəhərə gedib. Bu zaman anası tək qalıb ev işləri ilə məşğul olub.

Birdən vəhşi meymun sürüsü qadına hücum edib. Primatlar Narsavanın sinəsindən, kürəyindən və əzalarından yapışıblar. Qadının kömək çağırışını eşidən qonşular onu xilas etmək əvəzinə qorxaraq evlərində gizləniblər. Onlar meymunların hadisə yerindən qaçmasını gözləyiblər.

Heyvan hücumundan 20 dəqiqə sonra evə qayıdan Suquna anasını xəstəxanaya aparıb. Həkimlər qadına tibbi yardım göstərməyə çalışsalar da, o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Mənbə: publika.az