Tələbələr tənqid hədəfində: “Tərbiyə konsepsiyası olmalıdır” - Açıqlama

Tələbələr tənqid hədəfində: “Tərbiyə konsepsiyası olmalıdır” - Açıqlama<span class="qirmizi"></span>

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Dillər Universitetinin həyətində keçirilən tədbir sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, qeydə alınan görüntülərdə tələbələrin "Zobik Gəncinski" ləqəbli kriminal avtoritet Ruslan Rzayevə həsr olunmuş mahnıya rəqs etmələri birmənalı qarşılanmayıb.
Bu cür halların daha əvvəl də yaşanması, orta məktəb şagirdləri arasında da kriminal aləmə marağın olması narahatlıq doğurur.

Həmçinin oxu: Tələbələrin kriminal aləmə olan rəğbəti: mahnısını oxuyub havasına oynadılar

Mövzu ilə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elşən Qafarov bu cür halları ölkədə tərbiyə konsepsiyasının olmaması ilə əlaqələndirib:

“Ümumiyyətlə, ölkədə bir tərbiyə konsepsiyası olmalıdır. Bütün təhsil sistemi də bu konsepsiyasın üzərində formalaşmalıdır. Ölkə prezidenti 2019-cu ilin yayında Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbirdə bu məsələ ilə bağlı fikirlərini açıqlayıb. Dövlət başçısı bildirib ki, ölkədə tərbiyə konsepsiyası yaradılmalıdır. Gənclərimizin doğru-düzgün tərbiyə edilməsi, sistemli şəkildə aparılmalıdır. Bu sistem olmadığına görə, istər orta, istərsə də ali məktəb səviyyəsində gənclər arasında kriminal aləmə daha çox meyillilik var. Bu da tərbiyə sistemində olan boşluqdan yaranır”,- deyə o əlavə edib.

 

Mənbə: olke.az