Daha bir ölkədə güclü zəlzələ baş verdi - YENİLƏNİB

Daha bir ölkədə güclü zəlzələ baş verdi - <span class="qirmizi">YENİLƏNİB</span>

Ekvadorda yerli vaxtla saat 12:12-də baş verən 6,7 bal maqnitudalı zəlzələ nəticəsində üç nəfər ölüb.

Bu barədə yerli “Semana” qəzeti xilasedicilərin məlumatlarına istinadən xəbər verir.

"El Universo" qəzetinin məlumatına görə, bir neçə nəfər yaralanıb.

Qeyd olunur ki, ölkənin qərbində bir sıra şəhərlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Zəlzələnin qonşu preuda da hiss edildiyi bildirilib.

***

Ekvadorda 6,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 85 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdu.

Mənbə: apa.az