Banqladeşdə avtobus aşdı: Azı 19 nəfər öldü – VİDEO

Banqladeşin Şibçar şəhərində sərnişin avtobusu 9 metr dərinliyindəki xəndəyə yuvarlanıb.

İlkin məlumata görə, qəza nəticəsində 19 nəfər ölüb.

Səlahiyyətlilər avtobusda 40-dan çox sərnişinin olduğunu bildiriblər.

Qəzaya səbəb avtobusun təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi olub.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Avropada kəskin partladıcı çatışmazlığı yaranıb

SONRAKI XƏBƏR

Almaniyanın ədliyyə naziri: “Putini həbs edəcəyik”