Rusiyada naməlum PUA qəzaya uğradı

Rusiyada naməlum PUA qəzaya uğradı<span class="qirmizi"></span>

Rusiyanın Tula vilayətində yaşayış sahələrindən uzaqda naməlum pilotsuz təyyarə qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə Tula vilayətinin regional təhlükəsizlik komitəsi məlumat yayıb.

“Martın 19-da Odoyevski rayonunda, Petrovskoye və Malovel qəsəbələri arasında, yaşayış binalarından aralıda naməlum pilotsuz uçuş aparatı aşkar edilib. Əhali və infrastrukturla bağlı heç bir təhlükə yoxdur", - məlumatda deyilir.

Bildirilir ki, hadisə yerində bütün əməliyyat xidmətləri işləyir.

Mənbə: axar.az