Hamilə qadın 3-cü mərtəbədən yıxıldı

Şirvanda hamilə qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Şirvan sakini, 1993-cü il təvəllüdlü Yahyazadə Aytac Rasim qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. 30 yaşlı qadın ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun qəsdən özünü atdığı və ya ehtiyatsızlıqdan yıxıldığı müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan və Sisi aradakı “buzları əridir" – Hər şey bu əl sıxma ilə başladı

SONRAKI XƏBƏR

Oğuzda yol qəzası: Xəsarət alanlar var