İmran Xan terrorda ittiham olunur

İmran Xan terrorda ittiham olunur<span class="qirmizi"></span>

Pakistanda polis terrorizmdə ittiham olunan keçmiş baş nazir İmran Xana qarşı cinayət işi açıb.

Publika.az "Associated Press"ə istinadla xəbər verir ki, onun 17 köməkçisinə, digər tərəfdarlarına, o cümlədən keçmiş nazirlərə, keçmiş və indiki parlamentarilərə qarşı da iş açılır.

Ötən gün məhkəmə binası qarşısında polislə Xanın tərəfdarları arasında toqquşma olub. O, istintaq altındadır: keçmiş baş nazir xarici liderlərdən hədiyyələr almaqda və bununla bağlı təxminən 630 min dollar qazanmaqda ittiham olunur. Xanın özü hələ də azadlıqdadır.

İğtişaşlar nəticəsində 50-dən çox polis əməkdaşı yaralanıb, bir neçə avtomobil yanıb. Səlahiyyətlilər 59 Xan tərəfdarını həbs edib.

Bir gün əvvəl Pəncab əyalətində polis onun Lahordakı iqamətgahına basqın edib. Xanın müxalif Ədalət Hərəkatı Partiyasının fəalları silahlı müqavimət göstərib. 61 nəfər həbs edilib.

Bir neçə gün əvvəl polis məhkəmənin qərarına əsasən Xanı həbs etməyə çalışsa da, polisin partiya fəalları ilə toqquşması nəticəsində onlarla asayiş keşikçisi yaralanıb. Bu arada sabiq baş nazirin vəkilləri məhkəməyə təkbaşına gəlmək öhdəliyi ilə həbsin dayandırılmasına nail olublar.

2022-ci ilin aprelində Xan etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

Hüseyn İbadlı

Mənbə: publika.az