Qadını oğurladı, 2 ay şkafda saxladı

Qadını oğurladı, 2 ay şkafda saxladı<span class="qirmizi"></span>

ABŞ-ın Dayersburq şəhərində hüquq-mühafizə orqanları sevgilisi tərəfindən qaçırılan qadını xilas edib.

Publika.az xəbər verir ki, bu barədə "İndependent" yazıb.

40 yaşlı qadının iki ay şkafda əsirlikdə qaldığı dəqiqləşdirilib. Bu müddət ərzində təcavüzkar, qurbanı yalnız məhdud miqdarda yeməklə təmin edib və tualetə buraxmayıb.

Polisin dediyinə görə, kişi şkafı kabel kilidi ilə bağlayıb və qadını gündə yalnız bir saat “azad” edib.

Qurban iki aydan sonra qaça bilib. Çölə çıxan kimi o, küçədə qarşısına çıxan şəxsə başına gələnləri danışıb. Həmin şəxs də polisə zəng edib.

Qadını oğurlayanın 30 yaşlı Brenton Bell olduğu təsdiqlənib. O, həbs edilib, barəsində cinayət işi başlanıb.

Aydan

 

 

Mənbə: publika.az