Aparıcının canlı yayımda ürəyi getdi

Aparıcının canlı yayımda ürəyi getdi<span class="qirmizi"></span>

ABŞ-də hava proqnozunu aparan Alissa Karlson Şuartzın başına canlı yayımda iş gəlib.

Publika.az Axşam.az-a istinadla xəbər verir ki, Los-Ancelesin CBS kanalında çalışan aparıcı xəbərləri təqdim etmək üçün stoluna oturub. Halı pisləşən Alissa sakit dayanıb. Yan studiyadakı spikerlər isə onun zarafat etdiyini düşünüb.

Aparıcı qəfildən yerə yıxılıb. Stoldan tutaraq dayanmağa çalışan Karlsonun ürəyi gedib. Alissa bir gün sonra sosial şəbəkədə paylaşım edərək özünü yaxşı hiss etdiyini açıqlayıb.

Mənbə: publika.az