ABŞ-da atışma nəticəsində bir yeniyetmə ölüb, beş nəfər yaralanıb

ABŞ-ın, Viskonsin ştatının Miluoaki şəhərində 15 yaşlı yeniyetmə atışma nəticəsində ölüb.

“Report” xəbər verir ki, bu barədə CNBC telekanalının yerli bölməsi məlumat yayıb.

“Miluoaki şəhərində atışma nəticəsində bir yeniyetmə ölüb, 5 qadın yaralanıb”, - xəbərdə deyilir.

Kanal bildirib ki, polis hazırda hadisənin başvermə şəraitini araşdırır və şübhəli şəxsləri axtarır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Disney” Ed Şiran haqqında sənədli serial təqdim edəcək

SONRAKI XƏBƏR

Ülvi və Fatimə “Çukur”un çəkildiyi məkanda - FOTO/VİDEO