Ağcabədidə avtomobil ağaca çırpılıb, sürücü ölüb

Ağcabədidə avtomobil ağaca çırpılıb, sürücü ölüb<span class="qirmizi"></span>

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Yadigar Tofiqoğlu idarə etdiyi "VAZ" 2107 markalı avtomobillə yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü Y.Tofiqoğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az