Ermənistanda yol qəzası olub, 2 nəfər ölüb

Ermənistanın Gümrü şəhərində ağır yol qəzası baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb, vəziyyəti ağırdır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan DİN Xilasetmə Xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Opel Astra G” və “Mercedes-Benz C180” markalı avtomobillər toqquşub.

Hadisə yerinə yanğınsöndürən və xilasedicilərdən ibarət iki briqada cəlb olunub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiya qiymət artımı ilə mübarizəyə 15 milyard dollar yönəldəcək

SONRAKI XƏBƏR

Bayden: "Ağ Evdə olmaqdan qorxuram"