Sosial şəbəkələrdə iti avtomobilin arxasına bağalayaraq sürüyən şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov BAKU.WS-ə bildirib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub.
R. Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib.
***
Gəncə-Şəmkir yolunda baş verən hadisə ilə bağlı polis tərəfindən araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov BAKU.WS-ə açıqlamasında bildirib ki, iti avtomobilin arxasına bağlayan sürücünün müəyyən edilməsi istiqamətində əməliyyata başlanılıb.
***
Bu gün insanlığa sığmayan görüntülər “qaynar xətti”mizə göndərilib.
BAKU.WS xəbər verir ki, göndərilən video Gəncə-Şəmkir yolunda çəkilib.
Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.
Həmin görüntüləri təqdim edirik: