İranda zəlzələ oldu

İranda zəlzələ oldu<span class="qirmizi"></span>

İranın şimal-şərqində Gülüstan əyalətinin Akkale rayonunda 5 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, İran Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Gülüstan əyalətinin Akkale rayonunun Ənbar Alum şəhərində olan 5 bal gücündə zəlzələ yerli vaxtla saat 14.08-də qeydə alınıb.

Zəlzələnin 22 kilometr dərinlikdə baş verdiyi bildirilib. Bölgədə heç bir tələfat qeydə alınmadığı bildirilib.

 

 

 

 

 

Mənbə: big.az