Təcili yardım həkimləri xəstəni qarət etdilər

Təcili yardım həkimləri xəstəni qarət etdilər<span class="qirmizi"></span>

Rusiyanın Moskva şəhərində təqaüdçünün ordeni oğurlanıb.

Lent.az yerli KİV-ə istinadən bildirir ki, bu ilin yanvarında Moskvanın Tuşino qəsəbəsində yaşayan 74 yaşlı kişi səhhəti ilə əlaqədar təcili yardım çağırıb. Gələn həkimlər təqaüdçüyə lazımi kömək göstəriblər. Bir müddət sonra kişi valideynlərinin miras qoyduğu “Qırmızı Ulduz” ordenini itirdiyini bilib. Ailənin yadigarını mənzilin heç bir yerində tapmayıb.

Təqaüdçü polis bölməsinə gedib. Onun fikrincə, orden təcili tibbi yardım həkimləri tərəfindən oğurlanıb. Ona görə də həkimlərə qarşı şikayət ərizəsi yazıb.

Hazırda araşdırma aparılır.

Mənbə: lent.az