Naxçıvanda qəza zamanı bir nəfər xəsarət alıb

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Qəza nəticəsində 1960-cı il təvəllüdlü Babək rayon Şıxmahmud kənd sakini, Sulca Bayramov Naxçıvan Muxtar Respublika Xəstəxasına yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Müğənni Kərim Abbasovdan Oqtay Əliyevlə bağlı PAYLAŞIM

SONRAKI XƏBƏR

Rusiya Çinin ən böyük neft tədarükçüsü olub