Azərbaycan tərəfə keçən erməni: Maşını atıb qaçdım...

Ötən gün qatı duman səbəbindən yolunu azaraq, Azərbaycan ərazisinə keçən erməni əsgər Martiros Gülambaryan açıqlama verib.

Axar.az xəbər verir ki, “24 Nyus”a (24News) təfərrüatı danışan Gülambaryan Akner kəndi yaxınlığında yerləşən erməni postuna “Kamaz” maşını ilə təchizat apararkən duman səbəbindən azdığını və Azərbaycan ərazisinə keçdiyini bildirib.

O bildirib ki, qarşıda Azərbaycan hərbçilərini görən kimi maşını saxlayaraq, düşüb və kiçik dərədə gizlənib. Duman onun görünməsini çətinləşdirib.

“Baxmayaraq ki, dron qaldırıldı, ancaq qar məni görünməz etdi. Mən bu yerləri tanıyıram, ona görə də maşını ataraq, öz tərəfimizə keçdim”.

O bildirib ki, maşın Azərbaycan ərazisində qalıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə 26 iranlı məhbusu ölkəsinə təhvil verib

SONRAKI XƏBƏR

Azərbaycan BMT-nin su ehtiyatları üzrə konfransında iştirak edir