İnterpol xətti ilə axtarışda olan azərbaycanlı Moskvada SAXLANILDI

İnterpol xətti ilə axtarışda olan azərbaycanlı Moskvada SAXLANILDI<span class="qirmizi"></span>

İnterpol xətti ilə axtarışda olan şəxs martın 21-də Moskvada saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.

"36 yaşlı kişi avtomobilini idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılıb", - mənbə bildirib.

Saxlanma Xovrino ərazisində baş verib. Şübhəli şəxslə bağlı oriyentasiya Azərbaycan İnterpolundan, Bakıdan gəlib. Orada həmin şəxs əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmaqda və külli miqdarda əmlakı ələ keçirmək məqsədilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir.

Həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin kimliyi açıqlanmır.

Hüseyn İbadlı

Mənbə: publika.az