Türkiyədə zəlzələdə dağılan binalara görə 1 364 şübhəli barəsində əməliyyat başlanılıb

Türkiyədə zəlzələdə dağılan binalara görə 1 364 şübhəli barəsində əməliyyat başlanılıb<span class="qirmizi"></span>

Türkiyədə zəlzələ zamanı dağılan binalara görə məsuliyyət daşıyan 1 364 şübhəli barəsində əməliyyat başlanılıb, 302 nəfər həbs edilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.

Onun sözlərinə görə, 312 nəfər haqqında həbs qərarı var. Şübhəlilərdən 64-nün öldüyü müəyyən edilib.

"Ümumilikdə 40 min 104 qəza evinin tenderi keçirilib, 6 min 223 kənd evinin tikintisinə başlanılıb. Ümumilikdə 650 min yaşayış evi tikəcəyik", - Türkiyə lideri qeyd edib.

Mənbə: report.az