Rusiyada "Sibir xorası"nın ocaqları lokallaşdırılıb - Səhiyyə Nazirliyi

Rusiyada "Sibir xorası"nın ocaqları lokallaşdırılıb - Səhiyyə Nazirliyi<span class="qirmizi"></span>

Rusiyada “Sibir xorası” kimi tanınan qarayara xəstəliyinin ocaqları lokallaşdırılıb.

Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko ölkə mediasına bildirib.

Xatırladaq ki, Çuvaşiyada qarayara infeksiyasının ilk iki halı martın 15-də məlum olub. İnfeksiya Tsivilski rayonunun Staroe Aktaşevo kəndinin sakinləri arasında aşkar edilib. Bu kənddə öküz cəmdəyi infeksiya mənbəyinə çevrilib. Kənd karantinə alınıb.

Bundan sonra Moskva yaxınlığındakı xəstəxanalardan birinə qarayara üçün xarakterik əlamətlər olan xəstə yerləşdirilib, o, Çuvaşiyadan Moskva vilayətinə gəlib. Sonradan məlum olub ki, müvafiq simptomlar onunla birlikdə Moskva vilayətinə gələn kişidə də aşkarlanıb. Lakin ilkin testlər hər iki xəstədə mənfi nəticə göstərib.

Qeyd edək ki, “Sibir xorası” bəşəriyyət üçün təhlükə kəsb edən sağalmaz (və ya çətin sağalan) xəstəlik növüdür. Rusiyanın Sibir nahiyəsində yayğın olduğu və daha sürətli inkişaf etdiyi üçün “Sibir xorası” adlanır. Sovet hökuməti ötən əsrin 70-ci illərində Sverdlovsk vilayəti ərazisində bu xəstəliyin viruslarını laboratroiya şəraitində hazırlayaraq, bioloji silah əldə etməyə çalışıb, ancaq laboratoriyadan sızma baş verib, nəticədə vilayətin bir kəndinin əhalisi kütləvi şəkildə ölüb.(konkret.az)

Mənbə: moderator.az