İranda yaşayış evinin uçması nəticəsində 3 nəfər ölüb

İranda yaşayış evinin uçması nəticəsində 3 nəfər ölüb<span class="qirmizi"></span>

Cümə axşamı İranın şimalında yerləşən Vəramin şəhərində yaşayış binasının uçması nəticəsində azı 3 nəfər ölüb.

Bu barədə İran Qızıl Aypara Cəmiyyəti öz rəsmi saytında məlumat yayıb.

Məlumata görə, binanın uçması ilə bağlı ilk xəbərləri aldıqdan sonra iki xilasetmə qrupu təcili hadisə yerinə gəlib. Onlar dağıntılar altından kişi, qadın və uşaq meyitlərini çıxarıblar.

İnsanların hələ də dağıntılar altında olub-olmaması barədə məlumat verilmir.

Binanın çökməsinin səbəbi hələlik məlum deyil. Yerli hakimiyyət hadisə ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: www.oxu.az